Moskvada Qolunava görə kütləvi həbslər - FOTO/VİDEO

Moskvada Qolunava görə kütləvi həbslər - FOTO/VİDEO
15:40 12-06-2019 | icon 46

Moskvada jurnalist İvan Qolunava dəstək məqsədilə keçirilən kütləvi yürüşdə polis və Rosqvardiya qüvvələri (Rusiya Federasiyası milli qvardiyası - red.) 90-dan çox nümayişçini saxlayıb.

Bu barədə “OVD-İnfo” məlumat yayıb.

Saxlanılanlar arasında bir neçə iri nəşrin, o cümlədən, “Meduza”, “MBX-Media”, “Dojd” və s. əməkdaşları, həmçinin, müxalif fəal, Korrupsiyaya qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnı yer alır.

Aksiyada nümayişçilər müxtəlif şüarlar, o cümlədən, “Siyasi məhbuslara azadlıq!”, “Rədd olsun çekist hakimiyyəti” səsləndirib.