Tanınmış gimnastlar azarkeşləri azərbaycanca salamladılar - VİDEO

Tanınmış gimnastlar azarkeşləri azərbaycanca salamladılar - VİDEO
14:40 12-06-2019 | icon 30

Dünyanın tanınmış gimnastları azarkeşləri Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatına dəvət edirlər.

milletinsesi.info xəbər verir ki, rusiyalı gimnastlar Dina və Arina Averinalar, həmçinin, israilli Linoy Aşram və digərləri bədii gimnastika həvəskarlarını elə azərbaycanca salamlayaraq yarışlara çağırıblar:

“Salam, Bakı”; “Mən sizi dünya çempionatına dəvət edirəm”.

Qeyd edək ki, dünya çempionatı Azərbaycan paytaxtında 16-22 sentyabr tarixlərində keçiriləcək. Turnir Olimpiya Oyunları-2020-yə lisenziya xarakteri daşıyacaq. Fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum iki gimnast olmaqla) lisenziya əldə edə biləcək. Qrup hərəkətləri komandalarına gəldikdə isə, çoxnövçülük xalları üzrə daha beş ən yaxşı komanda Tokioya vəsiqə qazanacaq.