Şəmkirdə yol kəsənlər-Təqaüddə olan iki hərbiçinin və bir mülkü vətəndaşın yolunu niyə kəsiblər?

Şəmkirdə yol kəsənlər-Təqaüddə olan iki hərbiçinin və bir mülkü vətəndaşın yolunu niyə kəsiblər?
13:15 12-06-2019 | icon 618

Ulu Öndər Heydər Əliyev demişdir: “Mənə məlum olmayan nöqsanları üzə çıxaran hər bir jurnalistə minnətdar olacağam”

Tarixi vərəqləsək görərik ki, yol kəsənlik qədim dövrlərdən başlayıb. Silahlı dəstələr pusquda durub tacir karvanlarının yolunu kəsib soyublar, dəniz quldurları ticarət gəmilərinə hücum edib qarət ediblər və s. Hakim sivilizasiya dəyişdikcə hər şey dəyişdiyi kimi yol kəsənlərin də metodu dəyişib.

Bəzən yol kəsənlik xoş niyyətdən (məramdan) doğur. Məsələn, toy zamanı gəlin köçən toy karvanının qarşısını kəsirlər. Bəy və ya gəlinin yaxınları yol kəsənə “şirinlik” verəndən sonra yol açılır. Bu bəylə gəlinə xoşbəxtlik arzulamaq deməkdir. Daha doğrusu bu yol kəsmə xoş məramlı yol kəsməkdir.

Biz yol kəsmənin yeni növünü də Şəmkirdən “Millətin səsi.info” müstəqil xəbər portalının baş redaktoru redaksiyasına göndərilən üç nəfər rayon sakininin imzaladığı şikayət məktubundan açıq-aşkar hiss edirik. (görürük).

Hörmətli baş redaktor! Sizə bildiririk ki, Şəmkir rayonu Posanlı yaşayış məntəqəsində yaşadığımız ünvanın yolunu kəsib tikinti aparırlar. Bu haqda dəfələrlə İcra orqanına və bələdiyyəyə müraciət etmişik amma tikinti davam edir. Evimizə gedib-gəlməyə yolumuz yoxdur. Bizə bu haqda köməklik göstərmənizi xahiş edirik.

1. Həsənov Nəsrəddin

2. Hüseynov Rafayıl

3. Məmmədov Anar.

Məsələyə aydınlıq gətirmək və məlumat vermək üçün baş vermiş olayla əlaqəli aidiyyatı üzrə mərkəzi orqanlara, onların yerdəki qurumlarına sorğu göndərildi. Lakin bir-biri ilə ziddiyət təşkil edən cavablar alındı.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev bildirmişdir ki, D.Ə.D.R.X-nin 11 saylı Şəmkir ərazi idarəsinin elektron məlumat bazasına əsasən sözü gedən torpaq sahəsinin su kanalının mühafizə zonasına düşmədiyi müəyyən edilmişdir.

Amma, Şəmkir rayon Suvarma Sistemləri İdarəsinin məktubu və məktuba əlavə olunmuş aktlardan və aidiyyatı orqanlara göndərilmiş məktubların surətindən məlum olur ki, qanunsuz hasar tikintisi Alpoud su kanalının mühafizə zolağında tikilmişdir, kanal zəbt edilmişdir.

Onu da qeyd edək ki, şikayətçilər 10 aprel 2019-cu il tarixdə Akt da tərtib ediblər.
 
Biz aşağıda imza edənlər.

1. MİOQ və SİMN idarəsinin Gəncə-Qazax regionu üzrə baş mütəxəssisi Mehdiyev Yusif

2. Şəmkir Suvarma Sistemləri idarəsinin sol sahil üzrə sahə rəisi İbrahimov Nemət Hidayət oğlu

3. Şəmkir Suvarma Sistemləri idarəsinin hidrometri Ağayev Əhməd Əkbər oğlu.

Aktı tərtib edirik ondan ötəri ki, Suvarma Sistemləri idarəsinin balansında olan, uzunluğu 17.4 km olan Posanlı kəndində və Dəllər qəsəbəsində xidmət edən Alpoud kanalının PK 80-də olan hissəsində Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 11 saylı ərazi idarəsi tərəfindən 5 aprel 2019-cu il tarixdə 1511633 saylı çıxarış almış Əhmədov Çingiz Bəşir oğlu Alpoud kanalının mühafizə zolağında tikinti işlərinin aparıldığının şahidi olduq. Tərəfimizdən Əhmədov Çingiz Bəşir oğluna tikinti işlərinin dayandırılmadığı halda hüquq mühafizə orqanlarına müraciət edəcəyinizi bildirdik. Bütün yuxarıda göstərilən işlərin dayandırılması üçün tapşırıqlar verilməsinə baxmayaraq vətəndaş Əhmədov Çingiz Bəşir oğlu kanalın mühafizə zolağında tikinti işlərini apararaq kanalı zəbt etmişdir.

Ona görə aktın doğruluğunu imzalarımızla təsdiq edirik.

1. imzalı Mehdiyev Y.

2. imzalı İbrahimov N.H.

3. imzalı Ağayev Ə.Ə.

Həmçinin şikayətçilər  Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədova,  Şəmkir bələdiyyəsinin sədri cənab Vüqar Həsənova və  Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir ərazi idarəsinin rəisi Şəmsi Şahvələdovaya probleri ilə bağlı müraciət ediblər. Həmin müraciəti də olduğu kimi oxucuların nəzərinə çatdırırıq.

Şəmkir rayon Suvarma Sistemləri İdarəsi yazaraq sizlərə bildirir ki, Şəmkir şəhər sakini Əhmədov Çingiz Bəşir oğlu suvarma idarəsinin balansında olan uzunluğu 17.4 km olan Posanlı kəndində və Dəllər qəsəbəsinə xidmət edən Alpoud kanalının PK 80-də olan hissəsindən 05 aprel 2019-cu il tarixdə 1511633 saylı çıxarış alaraq Alpoud kanalını zəbt edib tikinti işləri aparmışdır. Vətəndaşa tərəfimizdən şifahi xəbərdarlıq olmasına baxmayaraq tikinti işləri davam etdirilmişdir. Əgər ərazidəki tikinti işləri dayandırılmazsa Posanlı kəndinin və Dəllər qəsəbəsinin əhalisi suvarma suyundan əziyyət çəkəcəklər. Ərazidə tikinti işlərinin dayandırılıb Alpoud kanalının mühafizə zonasının saxlanılmasına köməklik göstərməyinizi sizdən xahiş edirəm.