Quaydo neft şirkətini Maduronun əlindən alır

Quaydo neft şirkətini Maduronun əlindən alır
19:30 16-03-2019 | icon 30

Venesuela müxalifətinin lideri, parlament sədri Xuan Quaydo dövlət neft şirkəti olan PDVSA-nın ABŞ-dakı törəmə şirkətinə nəzarəti əldə etdiyini bildirib.

RİA Novosti-nin məlumatına görə, Quaydo “Citgo” şirkətinin fəaliyyətinin davam etdirilməsinə icazə verən lisenziyaya malik olduğunu açıqlayıb.

Bir müddət əvvəl Vaşinqtonun “Citgo” və PDV Holding şirkətlərinin lisenziyalarının aprelin 28-dək uzatdığına dair məlumat yayılıb.

Lakin ABŞ Maliyyə Nazirliyi Nikolas Maduro hökumətinin maliyyə vəsaiti əldə etməsinə mane olduğunu bildirir.