Qarabağ əlilinin oğlu üç aylıq körpəsi ilə suyun içində: “Qaçqınkom” şefi isə- Video

Qarabağ əlilinin oğlu üç aylıq körpəsi ilə suyun içində: “Qaçqınkom” şefi isə- Video
18:30 16-03-2019 | icon 456

Su həyat mənbəyi olsa da, bəzən acınacaqlı problemlər yaradırmış. Daha doğrusu, bəzi məmurların bivecliyi, etinasızlığı ucbatından hətta su da insanlara ağır bəla gətirimiş

Millətinsəsi.info Cahan.info-ya istinadən yazır ki, Ağdamdan məcburi köçkün, atası Qarabağ əlili olan Maqsud Ağayev 3 aylıq körpəsi ilə suyin içində, xəstəlik və rütubət şəraitində yaşayır. 

Jurnalist Xəyyam Salmanzadə onun yaşadığı komadan çəkiliş edib. Ceyranbatan qəsəbəsində yaşayan Maqsud Ağayev gənc ailədir, 3 aylıq balası var, amma xanımının gətirdiyi cer-cehiz suyun içində, uşaq rütubət şəraitində yaşayır. 

Qəsəbədəki məktəbin həyətində yerləşən bir daxmağa yaşayan ailə motor qoyub ki, su evə keçməsin. Amma bu da onun qarşısını almır. Kadrlardan görünür ki, evin döşəməsi belə yoxdur, taxtaları yan-yana düzərək, ayaqaltı ediblər. 

Bu şəraitdə təbii ki, “Qaçqınkom” sədri Rövşən Rzayev yaşamaz. Onun haqqıdır ki, komitə sədri kimi 180 minlik “BMV”də gəzsin, M.Ağayev isə körpə balası ilə suyin içində yaşasa da olar. 

Onun sözlərinə görə, “Qaçqınkom”nümayəndələri evə gəlib baxıb, amma heç bir tədbir görülməyib, evlə təmin olunmayıblar. İşsiz-gücsüz olan M.Ağayev ailəsini çətinliklə dolandırır. 

Onun atası Qarabağ uğrunda əlil olub. Amma vətən üçün canından keçən məcburi köçkün ailəsinə mənzil verilmir ki, heç olmasa suyun içində yaşamasınlar. Bu körpənin rütubətli şəraitdə hansı xəstəliklər tapacağını təsəvvür edirsinizmi? 

Rövşən Rzayevin nümayəndələri bu köçkün ailəsinin şəraitini görüblər, bəs niyə məruzə etməyiblər? Ediblərsə, bəs nə üçün komitə sədri bugənc ailəni, üç aylıq körpəni xilas eləmir, onları mənzillə təmin etmir? Bunu da prezident deməlidir? Buna da dövlət başçısı və ya Mehriban xanım münasibət bildirməli, göstəriş verməlidir? 

Rövşən Rzayev “Qaçqınkom” sədri ona görə təyin edilib ki, hər bir köçkünün ağır şəraiti ilə tanış olsun, problemlərini həll eləsin. Ancaq gəldiyi gündən hələ ki, ciddi fəaliyyəti nəzərə çarpmır. 

Komitə sədri postunda barmağını qatlayıb göstərməlidir ki, hansı işlər görülüb. Faktiki olaraq M.Ağayev kimi ailələr dəhşətli bir antisanitariya, xəstəlik, epidemiya, rütubət şəraitində yaşamağa məhkum olunublar. Onun sağlam övlad yetişdirmək, vətən sağlam gənc təqdim etmək, cəmiyyətə normal insan təqdim etmək arzusu var. 

Ancaq neft ölkəsində məcburi köçkün ailəsi, Qarabağ qazisinin övladı görün hansı gündə yaşayır.

Maqsud Ağayev  “Qaçqınkom” sədrinə, prezidentə, I vitse-prezient Mehriban Əliyevaya müraciət edərək köməklik göstərilməsini xahiş edib. O, heç olmasa körpə balasını nəzərə almağı, yardım göstərməyi istəyib.