“Qarabağ”dan qələbə, “Neftçi” xal itirdi - Üçüncü dövrə bitdi

“Qarabağ”dan qələbə, “Neftçi” xal itirdi - Üçüncü dövrə bitdi
21:45 15-03-2019 | icon 47

Bu gün Azərbaycan Premyer Liqasında 21-ci turun oyunları keçirilib.

milletinsesi.info xəbər verir ki, bununla da çempionatda üçüncü dövrəyə yekun vurulub. 

“Zirə” klubu doğma meydanda “Keşlə”ni qəbul edib və qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Sabah” və “Sumqayıt” arasında baş tutan matç isə 1:1 hesabı ilə başa çatıb. 

Son günlər dünya ulduzu Maykl Esyeni sıralarına qatmaq üçün danışıqlara başlayan “Səbail” öz meydanında “Qarabağ”a 1:2 hesabı ilə məğlub olub.

Premyer Liqanın lideri “Neftçi” bu tur xal itirib. “Ağ qaralar” “Qəbələ” klubu ilə qollu heç-heçəyə razılaşıb - 1:1. 

Üçüncü dövrənin yekununa görə, “Neftçi” 45 xalla liderliyini davam etdirir. Onunla eyni xala sahib “Qarabağ” ikincidir. İlk üçlüyü 31 xalla “Səbail” qapayıb. 

“Sabah” dördüncü, “Zirə” altıncı, “Keşlə” isə yeddinci yerdə qərarlaşıb. Sonuncu yeri isə 17 xalla “Sumqayıt” tutub.

Samir İsayev