Binəqədidə yaşayış binası yanıb - FOTO

Binəqədidə yaşayış binası yanıb - FOTO
01:40 15-03-2019 | icon 47

Bakının Binəqədi rayonunda 5 mərtəbəli yaşayış binasında yanğın baş verib.

milletinsesi.info xəbər verir ki, hadisə Amay Kumambayev 18 A ünvanında qeydə alınıb. 

İlkin ehtimallara görə, yanğın ikinci mərtəbədə, elektrik naqillərindəki nasazlıq səbəbi ilə başlayıb. 

Hadisə zamanı xəsarət alan olmayıb. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.