İnfeksion nəzarət komitələri yaradılsın - TƏKLİF

İnfeksion nəzarət komitələri yaradılsın - TƏKLİF
16:15 14-03-2019 | icon 70

Bu gün ölkənin bütün xəstəxanalarında verilmiş qərarların icrası üçün infeksion nəzarət komitələrinin və funksiyalarının yaradılmasına ehtiyac var. Çünki bu funksionallıq saxanılmadıqda təkcə vərəm deyil, çox rahat müalicə olunan bir çox xəstəliklər də təhlükəli hala gələ bilər.

milletinsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov parlamentdə “Azərbaycanda vərəmlə mübarizə” mövzusunda keçirilən dinləmələrlə bağlı iclasda çıxış edərkən deyib.

O qeyd edib ki, vərəm xəstəliyi yayılandan sonra ağciyərlərdə və bəzi orqanlarda kütlə əmələ gətirə bilir.

Onun sözlərinə görə, çox zaman vərəmin müalicəsi zamanı bədəndən bu kütlə təmizlənmədikdə illər ərzində rezidentlik əmələ gəlir.

“Azərbaycanda bu xəstəliklə mübarizə yüksək səviyyədə aparılır. Amma torakal vərəmlə mübarizədə hansısa əskikliklər var. Əminliklə deyərəm ki, vərəmli xəstə müalicədən sonra sağalmış kimi görünsə də, həmin kütlə boşalmadığı halda onun sağlamlığında gələcəkdə problemlər yaranır”, - deyə millət vəkili əlavə edib.