Azərbaycanda yeni yol tikiləcək - SƏRƏNCAM

Azərbaycanda yeni yol tikiləcək - SƏRƏNCAM
18:50 11-02-2019 | icon 40

Prezident İlham Əliyev fevralın 11-də Goranboy rayonunun Qızılhacılı–Goranboy–Goran–Rəhimli–Veyisli–Qazanbulaq–Borsunlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, otuz iki min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Qızılhacılı–Goranboy–Goran–Rəhimli–Veyisli–Qazanbulaq–Borsunlu avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 21,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.