Prezident məktəb təmirinə beş milyon manat ayırdı

Prezident məktəb təmirinə beş milyon manat ayırdı
19:52 11-02-2019 | icon 79

Prezident İlham Əliyev 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Müvafiq sənədi AZƏRTAC dərc edib.

Sərəncama  əsasən, 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi məqsədilə  Səhiyyə Nazirliyinə ilkin olaraq beş milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.