Basketbolda daha bir qalmaqal: Millinin baş məşqçisi istefa verdi

Basketbolda daha bir qalmaqal: Millinin baş məşqçisi istefa verdi
18:25 14-01-2019 | icon 43

Azərbaycanın basketbol üzrə 20 yaşadək millisinin baş məşqçisi Tahir Baxşıyev istefa verib.

Bu barədə milletinsesi.info-a sabiq basketbol millimizin üzvü, əməkdar məşqçinin özü deyib.

O bildirib ki, Azərbaycan çempionatının iştirakçısı olan NTD komandasının baş məşqçisi olaraq klubların ölkə çempionatını boykot etmələrini tam dəstəkləyir:

“Çünki federasiyada işlər qaydasında getmir. Basketbol tənəzzüldədir. Bu üzdən mən də millidəki postumdan istefa vermək üçün bugünkü iclasa qatıldım və ərizəmi yazdım”.

Qeyd edək ki, Azərbaycan Basketbol Federasiyası bu gün bəyanat yaysa da, komandaların bu 19 yanvarda keçiriləcək ölkə çempionatının növbəti turunda oynayıb-oynamayacağı bilinmir.

Səbuhi MUSAYEV

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar