OPEC+ ölkələri Bakıda toplantı keçirəcəklər

OPEC+ ölkələri Bakıda toplantı keçirəcəklər
18:05 14-01-2019 | icon 57

OPEC+ ölkələri bu ilin fevralında Azərbaycanda keçirəcəkləri görüşdə neft hasilatının azaldılması templəri ilə bağlı müzakirələr aparacaqlar. 

milletinsesi.info xəbər verir ki, bu barədə OPEC-in prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suheyl əl-Mazrui deyib. 

Onun sözlərinə görə, görüş zamanı hasilatın neft bazarlarına necə təsir etdiyi araşdırılacaq və bunun tələb və təklif arasında balansı zəmanətə aldığı təhlil olunacaq. 

Əl-Mazrui bəyan edib ki, neft bazarı tədricən bərpa olunur və balanslaşdırma həm neft hasil edən ölkələrin, həm də istehlak edən ölkələrin xeyrinədir.

O əlavə edib ki, Dünya Enerji Sammitinin üçüncü iclasının tövsiyyələri Yaxın Şərqdə enerji resurslarının bərpaolunmasına, dünya bazarlarının inkişafına, neft bazarında qiymətlərin yüksəlməsinin yaratdığı problemlərə, neft hasil edən ölkələrdə şirkətlərin diversifikasiyasına, həmçinin Şərqi və Cənubi Asiyada innovasiyaların tətbiqinə yönələcək.

Xatırladaq ki, 2018-ci ilin dekabrında OPEC və OPEC üzvü olmayan dövlətlər sutka ərzində nefti 1.2 milyon barelə qədər azaltmaq barədə razılığa gəliblər. OPEC gün ərzində hasilatı 0,8 milyon barel, OPEC-ə daxil olmayan Rusiya kimi ölkələr isə 0,4 milyon barel azaldacağına söz verib.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar