Çavuşoğlu Trampa: Sosial şəbəkə müzakirə yeri deyil

Çavuşoğlu Trampa: Sosial şəbəkə müzakirə yeri deyil
15:45 14-01-2019 | icon 28

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sosial şəbəkədə yazdığı mesaja görə ABŞ prezidenti Donald Trampı tənqid atəşinə tutub.

milletinsesi.info xəbər verir ki, “Twitter” səhifəsində Tramp Türkiyə silahlı qüvvələrinin kürd özünümüdafiə qüvvələrinə hücum edəcəyi təqdirdə Ankaraya qarşı iqtisadi ölçülərin götürüləcəyi ilə təhdid edib.

“Strateji tərəfdaşlıqla bağlı mövzular sosial şəbəkələrdə müzakirə olunmamalıdır.  Bizim ABŞ-la əlaqə üçün bütün rəsmi kanallarımız açıqdır.

Biz Trampın böyük təzyiq altında olduğunu, onun qoşunları Suriyadan çıxarmaması üçün təpkilər göstərildiyini, beləcə, Trampın çox mürəkkəb situasiyada olduğunu bilirik. Bununla sosial şəbəkələr belə mövzuların müzakirə yeri deyil”, - deyə Çavuşoğlu NTV telekanalının efirində bildirib.

Çavuşoğlu Türkiyənin nə ABŞ, nə də başqa ölkənin təhdidlərindən qorxmadığını və bütün dövlətlərin Ankaraya sayğı göstərməli olduğunu vurğulayıb.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar