Sinoptiklərdən hava müjdəsi

Sinoptiklərdən hava müjdəsi
13:50 14-01-2019 | icon 22

Yanvarın 15-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi  əsəcək. 

Bu barədə milletinsesi.info-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz  10-13,  Bakıda  gecə  3-5, gündüz  11-13 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 65-75, gündüz 50-55 faiz olacaq.  

Rayonlarda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar