Bakıda 62 yaşlı kişi özünü binadan atdı

Bakıda 62 yaşlı kişi özünü binadan atdı
12:28 14-01-2019 | icon 32

Yasamal rayonu ərazisində kişi özünü eyvandan ataraq intihar edib.

milletinsesi.info-ın məlumatına görə, hadisə Yasamal rayonu, Şərifzadə küçəsi 345 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1956-cı il təvəllüdlü İlyas Əsəd oğlu Quliyev 8-ci mərtəbədən özünü atıb. Nəticədə, o, aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.