Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün yeri və tarixi açıqlandı

Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün yeri və tarixi açıqlandı
11:10 14-01-2019 | icon 28

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş yanvarın 16-da Fransanın paytaxtı Parisdə keçiriləcək. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən milletinsesi.info-a verilən məlumata görə, danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq. 

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar