Qəzaya uğramış İndoneziya təyyarəsinin “qara qutu”su tapıldı

Qəzaya uğramış İndoneziya təyyarəsinin “qara qutu”su tapıldı
08:45 14-01-2019 | icon 19

Oktyabr ayında Cakarta sularında qəzaya uğramış “Lion Air” hava yolları şirkətinə aid sərnişin təyyarəsinin “qara qutu”su tapılıb.

milletinsesi.info BBC-yə istinadən xəbər verir ki, bu barədə indoneziyalı hökumət rəsmiləri açıqlama verib.

“JT610” reysi ilə hərəkət edən təyyarənin göyərtəsində 189 sərnişin və ekipaj üzvü var idi. Pangkal Pinanq şəhərindən qalxan təyyarə çox keçmədən dəniz üzərində qəzaya uğramışdı. Qəzadan sağ çıxan olmamışdı.

“Qara qutu”da qəza anına qədər olan səs yazılarının qeydə alındığı bildirilir. Cihazdan hasil olunacaq informasiya sayəsində təhqiqatçılar qəzanın hansı səbəbdən baş verdiyini dəqiq müəyyən etməyə çalışacaq.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar