“Dünyanın ən ləziz yeməyi” gürcü xaçapurisi seçilib

“Dünyanın ən ləziz yeməyi” gürcü xaçapurisi seçilib
11:57 14-01-2019 | icon 47

Gürcüstanın milli mətbəxinin yeməklərindən olan xaçapuri dünyanın ən dadlı yeməkləri siyahısında birinci yeri tutub.

milletinsesi.info AZƏRTAC – a istinadən xəbər verir ki, TasteAtlas internet portalı “Dünyanın ləziz yeməkləri” interaktiv xəritəsini tərtib edib.

Xəritə Xorvatiyada 30 nəfər təhqiqatçı-müəllif tərəfindən 2018-ci ildə tərtib olunub. “Dünyanın ləziz yeməkləri” xəritəsində dünya xalqlarının 10 min milli yemək növü göstərilib.

Rəyi soruşulan min nəfərdən 800 nəfəri məhz xaçapurini ən ləziz yemək kimi qeyd edib.

Məlumat üçün qeyd edək ki, xaçapuri Gürcüstanın ən tanınmış milli yeməklərindən biridir. Xaçapuri ənənəvi olaraq un, pendir, yumurta və yağdan hazırlanır. Məhsul hazırlanarkən əsasən “suluquni” və ya İmereti pendirlərindən istifadə olunur. Amma son vaxtlar xaçapurinin hazırlanmasında “motsarella” və “feta” milli pendir növlərindən də istifadə edilir.

 “Dünyanın ləziz yeməkləri” siyahısında ikinci yerə Balkanların “çevapçiçi” milli yeməyi, üçüncü yerə Ukrayna borşu, dördüncü yerə italyanların pastası, beşinci yerə isə yaponların “suşi”si layiq görülüb