Türkiyədə qəzaya düşmüş maşına kömək etmək istəyənləri maşın vurdu: 2 ölü, 3 yaralı

Türkiyədə qəzaya düşmüş maşına kömək etmək istəyənləri maşın vurdu: 2 ölü, 3 yaralı
12:02 14-01-2019 | icon 33

Türkiyənin Konya şəhərində yük maşını qəzaya uğrayıb.

milletinsesi.info Trend-ə istinadən xəbər verir ki, idarəetmənin itirilməsi səbəbindən aşan yük maşının sürücüsü yaralanıb.

Bildirilir ki, hadisənin şahidləri yaralı sürücüyə kömək etmək istəyərkən onları maşın vurub. İnsident nəticəsində yaralanan 5 nəfər hadisə yerinə gəlmiş təcili yardım briqadaları tərəfindən şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib.

Məlumata əsasən, yaralananlardan 2-si xəstəxanayada dünyasını dəyişib. Yük maşınının sürücüsü və digər yaralanan 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Sürücüyə kömək etmək istəyən insanları vuran avtomobilin sürücüsünün spirtli içki qəbul etdiyi müəyyən edilib.