Polşa və Niderlandda voleybol üzrə dünya çempionatı keçiriləcək

Polşa və Niderlandda voleybol üzrə dünya çempionatı keçiriləcək
10:35 13-01-2019 | icon 39

Polşa və Niderland 2022-ci ildə qadınlar arasında voleybol üzrə dünya çempionatına ev sahibliyi edəcək.

milletinsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Voleybol Federasiyasının (FİVB) mətbuat xidməti məlumat yayıb.

Xidmətdən bildirilib ki, dünya çempionatına ev sahibliyi ilə bağlı güclü rəqabət prosesi olub. Niderland və Polşanın 2022-ci ildə qadınların arasında voleybol üzrə dünya çempionatına ev sahibliyi ilə bağlı müraciətinin ən yaxşı olması yekdil səslə qərara alınıb.

Voleybol üzrə dünya çempionatları dörd ildən bir keçirilir. Yarışlar heç vaxt iki ölkədə keçirilməyib.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar