Altı əcnəbi İsveçdə avtomobil qəzası nəticəsində həlak olub

Altı əcnəbi İsveçdə avtomobil qəzası nəticəsində həlak olub
02:00 13-01-2019 | icon 57

İsveçin şimalında mikroavtobusun və yük avtomobilinin toqquşması nəticəsində altı əcnəbi həlak olub.

milletinsesi.info RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, ölkə polisinin məlumatına görə, hadisə yanvarın 12-nə keçən gecə Kiruna şəhəri yaxınlığında baş verib.

Yol-nəqliyyat hadisəsinin səbəbi hələlik müəyyənləşməyib. Həlak olanların qohumları bu barədə məlumatlandırılıb.

Hazırda İnterpolun standartlarına uyğun olaraq, ölənlərin identifikasiyası aparılır.

Qəza qurbanlarının vətəndaşlığı, yaxud milliyyəti barədə açıqlama verilmir.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar