Cəlilabadda qəza: Rayon sakini xəsarət aldı

Cəlilabadda qəza: Rayon sakini xəsarət aldı
12:12 14-01-2019 | icon 36

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

milletinsesi.info xəbər verir ki, bu haqda Report məlumat yayıb.

Hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Qəza nəticəsində şəhər sakini, 1997-ci il təvəllüdlü Əmişov Hüseyn Əmiş oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.