2018-ci il üçün “Roma”nın ən yaxşı futbolçusu seçilib

2018-ci il üçün “Roma”nın ən yaxşı futbolçusu seçilib
21:00 12-01-2019 | icon 33

İtaliyanın “Roma” futbol klubunun yarımmüdafiəçisi Cengiz Ündər 2018-ci ildə klubun ən yaxşı oyunçusu seçilib.

milletinsesi.info AZƏRTAC - a istinadla xəbər verir ki, 21 yaşlı türk futbolçu azarkeşlər arasında keçirilən səsvermədə 62 faiz səs toplayıb. Səsvermədə futbolçulardan Castin Klüvert və Nikolo Zanolo 17, Annamaria Serturini isə 4 faiz səs toplayıblar.

2017-ci ilin yayında paytaxt təmsilçisinin heyətinə qatılan yarımmüdafiəçi komandanın heyətində 55 oyunda 14 qol vurub.

O, cari mövsümdə “Roma”nın tərkibində İtaliya çempionatında 17 oyunda 3, UEFA Çempionlar Liqasında isə 6 matçda 3 dəfə fərqlənib.

Cengiz Ündər 2016-cı ildən Türkiyə millisinin heyətində çıxış edir. Yarımmüdafiəçi milli komandada 10 oyunda 4 qol vurub.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar