Türkiyədə azərbaycanlı narkotacir qadın ələ keçdi

Türkiyədə azərbaycanlı narkotacir qadın ələ keçdi
12:19 14-01-2019 | icon 51

Türkiyədə İstanbulun Başakşehir bölgəsində azərbaycanlı saxlanılıb. 

milletinsesi.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, Azərbaycan əsilli A.Z. Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb. 

Bildirilib ki, buna səbəb həmin şəxsə xüsusi yollarla 1848 ədəd narkotik tərkibli həb göndərilməsi olub. 

Məlumatlara görə, yük azərbaycanlı qadına Mersindən göndərilib. O həbs edilib.

Faktla bağlı araşdırmalar davam edir.