Parisin mərkəzində güclü partlayış – FOTO/VİDEO

Parisin mərkəzində güclü partlayış – FOTO/VİDEO
13:40 12-01-2019 | icon 25

Parisin 9-cu rayonunda Sena çayının sağ sahilində güclü partlayış baş verib. Yerli polisin verdiyi məlumata görə, partlayış Treviz küçəsində qeydə alınıb.

milletinsesi.info Vesti.ru-ya istinadən xəbər verir ki, bir neçə yaralının olması haqqında məlumat verilir.

Ən çox zərər bu küçədə yerləşən un məmulatları dükanın dəyib və orada yanğın baş verib. Hadisə yerinə yanğınsödürənlər, təcili yardım maşınları və polis gəlib.

Partlayış Parisdə və digər böyük şəhərlərdə “sarı jiletli”lərin – qiymətlərin və vergilərin artımında narazı olan vətəndaşların etirazlarının doqquzuncu günündə baş verib.

Bu rayonda Parisin bəzi mühüm görülməli və turistlər arasında məşhur olan “Lafayet” qalereyası, mum fiqurlar muzeyi və Kapusin bulvarında “Olimpiya” konsert zalı kimi məskənləri yerləşir.

Polisin ilkin rəyinə görə partlayışa səbəb qaz sızması olub.