“Qarabağ” özbəklər əvəzinə macarlarla qarşılaşacaq

“Qarabağ” özbəklər əvəzinə macarlarla qarşılaşacaq
10:20 12-01-2019 | icon 12

“Qarabağ” Macarıstanın “Uypeşt” komandası ilə oyun keçirəcək.

milletinsesi.info Macarıstanın nemzetisport.hu saytına istinadən xəbər verir ki, bu yay “Neftçi”ni Avropa Liqasından kənarlaşdırmış Budapeşt klubu Türkiyədə keçirilən təlim-məşq toplanışında dörd oyun keçirəcək.

“Uypeşt” ilk yoxlama oyununda Ağdam klubu ilə üz-üzə gələcək. Görüş yanvarın 16-da baş tutacaq. Bu isə o deməkdir ki, həmin tarixdə Özbəkistanın “Paxtakor” komandası ilə keçirilməsi nəzərdə tutulan matç baş tutmayacaq. Çünki Daşkənd komandasının Antalya toplanışı ləğv olunub.

Qeyd edək ki, “Qarabağ” bu gün Antalyada ilk oyununu keçirəcək. İlk rəqib Rumıniya təmsilçisi “Botoşan” olacaq.

Səbuhi MUSAYEV

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar