Tanınmış xanəndənin pulunu oğurlayan şəxs yaxalandı - VİDEO

Tanınmış xanəndənin pulunu oğurlayan şəxs yaxalandı - VİDEO
20:45 11-01-2019 | icon 23

Bakıda ticarət mərkəzlərindən birində ayaqqabı alan qadının pul kisəsi oğurlanıb.

milletinsesi.info Xezerxeber.az-a istinadən xəbər verir ki, oğurluq anı mağazanın təhlükəsizlik kamerasına düşüb.

Hadisə paytaxtın Nərimanov rayonu ərazisindəki ticarət mərkəzlərindən birində baş verib.

İbrahim Allahverdiyev Nərimanov rayon 18-ci polis şöbəsinə müraciət edərək həyat yoldaşı Səbinə Ərəblinin içərisində 300 manat olan pul kisəsinin naməlum şəxs tərəfindən oğurlandığını bildirib. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər məhkum olunmuş Şəfa İsmayılov saxlanılıb.

Qeyd edək ki, portmanatı oğurlanan Səbinə Ərəbli tanınmış xanəndədir.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar