Ağdamda Brakonyer saxlanılıb.

Ağdamda Brakonyer saxlanılıb.
18:50 08-12-2018 | icon 44

Ağdam sakini qanunsuz ov etdiyi üçün saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu haqqda DİN-dən məlumat verilib. Dekabrın 7-də Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndi ərazisində Ağdam rayon sakini Xasay Həsənov qanunsuz ov etdiyi üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ondan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi və 7 ədəd çöl quşu götürülüb.

X.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının kobud şəkildə pozulmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

milletinsesi.info yeniləndi!