Qurban Qurbanovdan daha bir istefa qərarı

Qurban Qurbanovdan daha bir istefa qərarı
14:55 08-12-2018 | icon 46

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin üzvlüyündən də istefa verib.

milletinsesi.info xəbər verir ki, bu barədə jurnalistlərə Qurbanov özü bildirib. 

O deyib ki, komitə üzvləri qarşısında məsələ qaldırsa da, qalmasını istəyiblər. Lakin Q.Qurbanov bütün diqqətini klubuna yönəldəcəyini vurğulayıb.

Xatırladaq ki, Qurban Qurbanov bu gün Azərbaycan millisinin baş məşqçisi postundan istefa verib.