Qadına qarşı quldurluq edən şəxsə hökm oxundu

Qadına qarşı quldurluq edən şəxsə hökm oxundu
15:20 07-12-2018 | icon 26

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı quldurluq etməkdə təqsirli bilinən Azər Adıgözəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu. Az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, A. Adıgözəlov 10 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, bu ilin avqustun 30-da Nizami rayonunda Mənzurə Kərimovaya qarşı quldurluq edilib. Bu barədə zərərçəkən Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə məlumat verib. 

Belə ki, qadın izahatında rayonun Nəsimi və Şərifli küçələrinin kəsişməsində naməlum şəxsin ona hücum etdiyini, əlində olan küt alətlə başına zərbələr endirdiyini və qulağında olan qızıl sırğanın bir tayını götürərək hadisə yerindən qaçdığını bildirib.

Məlumat daxil olan kimi zərərçəkənin izahatı alınıb və dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlanılıb.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A,Adıgözəlov saxlanılaraq istintaqa təqdim olunub.

Araşdırma zamanı onu qadına selofan paketin içində gizlətdiyi daş parçası ilə xəsarət yetirdiyi məlum olub.

Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib.

A.Adıgözəlovun barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Etibar Məmmədov

milletinsesi.info yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar