“AgTech and Green Energy”də təqdim ediləcək startaplar bəlli oldu

“AgTech and Green Energy”də təqdim ediləcək startaplar bəlli oldu
13:10 07-12-2018 | icon 36

Azərbaycanda ilk dəfə keçiriləcək aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda Beynəlxalq Foruma həsr olunmuş mətbuat konfrası keçirilib. 

milletinsesi.info xəbər verir ki, dekabrın 10-11-də ADA Universitetində olacaq forumda 16 xarici ölkədən 41-dən çox xarici spiker iştirak edəcək. 

Kənd təsərrrüfatı nazirinin müşaviri Şəbnəm Məmmədovanın sözlərinə görə, forumda aqrar sahədə yaşıl enerji texnologiyasının inkişafı, elmin son yenilikləri və dünyanın gələcək trendləri müzairə ediləcək. 

“15-dən yuxarı startap ideyanın necə biznesə çevrildiyi haqqında uğur hekayələrindən  danışacaqlar. Almaniya Rumıniya, Ukraynadan ekspertlər iştirak edəcəklər. Müşavir qeyd etdi ki, forum hər il davamlı olaraq keçiriləcək.

Alternativ və aqrar texnologiyaların gələcəyi haqqında məlumatlar verəcəklər. İlk tematik forum olduğunu nəzərə alsaq, 1200-dən yuxarı qeydiyyatdan keçən şəxs var”.  

Qeyd edək ki, dünyada bitkilər və tullantılardan hazırlanan enerji nümunələri çoxdur.

milletinsesi.info yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar