Şimali Koreyanın “ağlayan teleaparıcısı” yoxa çıxdı

Şimali Koreyanın “ağlayan teleaparıcısı” yoxa çıxdı
22:45 06-12-2018 | icon 30

Şimali Koreya televiziyasının xəbər aparıcısı Li Çxun Xi yoxa çıxıb.

milletinsesi.info ABC News-a istinadən xəbər verir ki, teleaparıcının yoxa çıxmasının ölkə lideri Kim Çen Inın yenilənməyə yönəlmiş ümumi kursu ilə əlaqəli olduğu ehtimal edilir.

Ötən əsrin 70-ci illərindən Şimali Koreya televiziyasında çalışan Li Çxun Xiyə xəbərlərin təqdimatı tərzinə görə “ağlayan diktor” adı verilib.

Bildirilir ki, 1994-cü ildə Kim İr Senin ölüm xəbərini məhz Li Çxun Xi oxuyub. Aparıcı 2011-ci ildə təqayüdə çıxsa da, ölkə əhalisinə Kim Çen İrin ölüm xəbərinin çatdırılması da məhz ona həvalə edilib.

milletinsesi.info yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar