Nazir: Danışıqların intensiv davam etdirilməsi razılaşdırılıb

Nazir: Danışıqların intensiv davam etdirilməsi razılaşdırılıb
21:50 06-12-2018 | icon 25

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Milanda ATƏT-in baş katibi Tomas Qreminqerlə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən milletinsesi.info-a verilən məlumata görə, ATƏT-in Nazirlər Şurası çərçivəsində keçirilən görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli perspektivləri, Azərbaycanın ATƏT ilə əməkdaşlıq imkanları müzakirə olunub.

Nazir Məmmədyarov Ermənistanın xarici işlər naziri və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirdiyi görüşləri haqqında məlumat verib, həmin görüşün faydalı olduğunu, mövcud formatda intensiv, nəticə-yönümlü danışıqların yaxın gələcəkdə davam etdirilməsinin razılaşdırıldığını bildirib.

T. Qreminqerin ATƏT-in nə kimi rol oynaya biləcəyi sualını cavablandıran E. Məmmədyarov Azərbaycanın işğal edilmiş ərazilərinə mümkün qiymətləndirmə missiyasının təşkilində ATƏT-in rolunu qeyd edib.

Görüşdə həmçinin Azərbaycanın ATƏT ilə əməkdaşlıq imkanları müzakirə olunub.

Nazir Elmar Məmmədyarov ATƏT İqtisadi və Ətraf Mühit Əlaqələndiricisi Ofisi ilə birlikdə hazırlanmış “Xəzər dənizi regionunda bağlılığın və yaşıl limanların təşviqi” adlı ATƏT-in büdcədənkənar layihəsinin icra olunmasının Azərbaycan, Qazaxıstan və Türkmənistan limanlarının enerji təchizatının şaxələndirilməsi və Mərkəzi Asiya ölkələrinin Xəzər dənizi üzərindən Avropa bazarlarına çıxışına töhfə verəcəyini bildirib.

Tərəflər arasında maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

milletinsesi.info yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar