Azərbaycan para-karateçisi DÇ-də “gümüş” qazandı - FOTO

Azərbaycan para-karateçisi DÇ-də “gümüş” qazandı - FOTO
01:40 11-11-2018 | icon 26

Para-karate üzrə Azərbaycan milli komandasının yeganə üzvü Sahib Əhədov dünya çempionatının gümüş mükafatını qazanıb. 

milletinsesi.info xəbər verir ki, o, həlledici görüşdə Yasuşi Obadan (Yaponiya) 0.9 xal geri qalıb. İlk mərhələdə 40.5 xal toplayaraq finala yüksələn idmançımız həlledici görüşdə 43.7 xal toplayıb. 

Xatırladaq ki, iki il əvvəl Avstriyanın Lints şəhərində keçirilmiş XXIII dünya çempionatında Sahib Əhədov IV yeri tutmuşdu.

Qeyd edək ki, karate üzrə dünya çempionatında Azərbaycan daha iki medal qazanıb. Belə ki, İrina Zaretskaya ilk dəfə dünya çempionatının qızıl, Rafael Ağayev isə bürünc medalını əldə edib.

Səbuhi MUSAYEV