Rəssam ailə evlərini emalatxanaya çevirib - VİDEO

Rəssam ailə evlərini emalatxanaya çevirib - VİDEO
12:41 12-11-2018 | icon 33

Zöhrab və Aynur rəssamlıq sənəti ilə məşğuldurlar. Zöhrab rəngkarlıq edir, Aynur isə naxışlar çəkir. Artıq bu iki şəxsi tək sənətləri yox, soyadları da birləşdirir. Salamzadələr...

Baku TV xəbər verir ki, Zöhrab çəkdiyi əsərlərin hərəsinə özünəməxsus ad verir.

Ad seçərkən daha diqqətli olmağa çalışır və qədimi adlardan istifadə edir. 

Rəssam qeyd edir ki, işin 90 faizi əsərin adından asılıdır, yəni, ad daha çox məna kəsb edir. 

“Bir rəssamla ömür-gün keçirmək necə bir hissdir?” sualına Aynur xanım belə cavab verir:

“Əslində, heç də çətin deyil. İkimizin də zövqləri eynidir. Bəzən hansısa əsər üzərində düşündükdə də eyni qərar üzərində dayanırıq. Bəlkə, mən rəngkarlıq sahəsində çalışsaydım, o zaman aramızda söz-söhbət olardı (gülür). Mənim sahəm naxışlar üzərində olduğu üçün bizdə heç bir problem yaşanmır”, - deyə qeyd edir.

Salamzadələr bu otaqdan həm ev, həm də emalatxana kimi istifadə edirlər. Ər-arvadın ortaq gördükləri iş də saysız-hesabsızdır. Bu cütlük bu sənətdə olduqca səbirlidirlər. Zöhrab qeyd edir ki, elə iş var üç il, beş il, on il vaxt tələb edir. Bir də hər şeyin həvəs üzərində qurulduğunu qeyd edir. Əgər həvəs varsa, bir günə də əsərini tamamlaya bilərsən. 

Əsərlər kətan parça üzərində işlənilir. Zöhrab deyir ki, əgər bir işin üzərində təkrar işləmək istəyirsənsə, mütləq əsərdə istifadə olunan rənglərin qurumağını gözləmək lazımdır. Bu da haradasa üç-dörd gün alır.