Qadın karateçimiz dünya çempionu oldu

Qadın karateçimiz dünya çempionu oldu
16:55 10-11-2018 | icon 30

İspaniyanın paytaxtı Madriddə karate üzrə dünya çempionatında qadın idmançımız İrina Zaretska qızıl medal qazanıb. 

milletinsesi.info xəbər verir ki, o, finalda rusiyalı Viktoriya İsayeva üzərində qələbə qazanıb. 

Rəqibinə qalib gələn İrina Zaretska dünya çempionatının qızıl medalını qazanıb.

Qeyd edək ki, bu gün milli komandamızın üzvü Rəfael Ağayev özbəkistanlı rəqibinə qalib gələrək bürünc medala sahib olub.