Ermənistanın vitse-spikeri ölkəsinin nə durumda olduğunu etiraf etdi - RƏY

Ermənistanın vitse-spikeri ölkəsinin nə durumda olduğunu etiraf etdi - RƏY
15:05 10-11-2018 | icon 29

Ermənistan parlamentinin müxalifətdən olan vitse-spikeri Eduard Şarmazanov baş nazir Nikol Paşinyanı Ermənistan üçün KTMT-də baş katib postunu qoruyub-saxlaya bilməməkdə ittiham edib.

Sonra isə diqqətiçəkən bir etiraf edib: 

“Korrupsiya ilə mübarizə aparmaq olar, amma bunu Ermənistan və Qarabağın təhlükəsizliyi hesabına etməyin”. 

Şarmazanov keçmiş prezident Sarqsyanın ən yaxın adamlarında hesab edilir, həm də onun sədrlik etdiyi Respublikaçılar Partiyasının mətbuat katibidir.

Bunu milletinsesi.info-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

O bildirib ki, hələ də cani və kiriminal hakimiyyəti müdafiə edən vitse-spiker özü də bilmədən çox ciddi etiraflar edib. 

“Birincisi, sən demə Ermənistan üçün beynəlxalq hüquq və nizamnaməsini imzaladığı təşkilatların qaydaları üstün deyil. O, istənilən yolla hansısa bir mövqeni zorla öz əlində saxlamağa çalışmalıdır. Yaxşı ki, hələ Astanada Ermənistandan niyə vaxtilə baş katibliyə cani generalın namizədliyini verdiklərinin sorğusunu etmədilər.

İkincisi, Şarmazanov Sarqsyan zamanında ölkədə korrupsiya olduğunu etiraf etdi. Və ciddiyyətlə bildirdi ki, əsas Ermənistandır, korrupsiya ilə mübarizə deyil. Ancaq korrupsiyanı saxlamaqla, dövləti necə qurmağın mümkün olduğunu demədi və bu da onların mahiyyəti, iç üzünü açdı”, - deyə A.Mirzazədə əlavə edib. 

Kamil HƏMZƏOĞLU