Hövsanda sürücünü vurub qaçan sürücü tutuldu

Hövsanda sürücünü vurub qaçan sürücü tutuldu
12:43 12-11-2018 | icon 35

Bakıda yol qəzası törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb. 

Bu barədə milletinsesi.info-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 8-də 40-45 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək oradan yayınan “Ford Transit” markalı avtomobilin sürücüsü Hövsan qəsəbə sakini Ağasadiq Hacıyev müəyyən edilərək saxlanılıb.