Karate millimiz dünya çempionatında medal qazana bilər - FOTO

Karate millimiz dünya çempionatında medal qazana bilər - FOTO
00:45 10-11-2018 | icon 39

İspaniyanın paytaxtı Madriddə keçirilən karate üzrə dünya çempionatında kumite üzrə komanda yarışlarına start verilib.

milletinsesi.info xəbər verir ki, Rafael Ağayev, Şahin Atamov, Asiman Qurbanlı, Murad Hacızadə, Pənah Abdullayev, Turqut HəsənovRafiz Həsənovdan ibarət millimiz meydan sahibi İspaniyaya 3:1, Belarusa 2:1 və Misirə 3:1 hesabı ilə qalib gəlsə də, yarımfinalda Türkiyə ilə heç-heçə edib - 2:2. 

Lakin şəxsi görüşlərdə hesab 14:7 türklərin xeyrinə olduğundan, qardaş ölkə təmsilçiləri finala çıxıb. 

Millimiz noyabrın 11-də bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, bu gün həmçinin kumitedə İrina Zaretskaya və para-karatedə Sahib Əhədov final, beşqat dünya çempionumuz Rafael Ağayev isə bürünc medal görüşünə çıxacaq. Həlledici görüşlər İctimai TV vasitəsilə canlı yayımlanacaq.

Səbuhi MUSAYEV