Türkiyədə hərbi bazada güclü partlayış: 25 yaralı

Türkiyədə hərbi bazada güclü partlayış: 25 yaralı
23:50 09-11-2018 | icon 28

Türkiyədə hərbi bazada partlayış nəticəsində azı 25 hərbçi yaralanıb. 

milletinsesi.info xəbər verir ki, hadisə Hakkari vilayətində baş verib. 

Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, hərbçilər ağır texnika üçün nəzərdə tutulan silah-sursatın partlaması nəticəsində yaralanıb. 

Daha 7 nəfərin axtarışı davam edir.

Faktla bağlı araşdırma aparılır.