Nazirlik vətəndaşlara tinglər payladı - FOTO

Nazirlik vətəndaşlara tinglər payladı - FOTO
15:30 09-11-2018 | icon 32

Bu gün Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində “Hər ailə ağac əksin” şüarı ilə aksiya keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən milletinsesi.info-a verilən xəbərə görə, kampaniya çərçivəsində əhaliyə ümumilikdə 6000-ə yaxın müxtəlif cinsli ağac tingi paylanılıb.

Aksiya zamanı mütəxəssislər tərəfindən vətəndaşlara  ağacların əkilməsi və onlara qulluq göstərilməsi qaydaları izah olunub.

“Hər ailə ağac əksin” şüarı ilə keçirilən kampaniya 12 və 17 noyabr tarixlərində daha kütləvi xarakter alaraq ölkənin digər regionlarında davam etdiriləcək.