“Qarabağ”ın təyyarəsi Ukraynadan qayıtmaqda problemlə üzləşdi

“Qarabağ”ın təyyarəsi Ukraynadan qayıtmaqda problemlə üzləşdi
06:50 09-11-2018 | icon 61

“Qarabağ”ın Ukraynadan Bakıya dönməsində problem yaranıb.

milletinsesi.info xəbər verir ki, əlverişsiz hava şəraiti ucbatından komandanı Bakıya gətirməli olan təyyarə geriyə qayıda bilməyib.

Bu barədə məlumatı “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli verib. Onun sözlərinə görə, təyyarə bu gün yerli vaxtla saat 12:00-da Poltava hava limanından uça biləcək.

Onu da bildirək ki, əvvəl təyyarənin Bakı vaxtı ilə saat 03:30-da havaya qalxacağı planlaşdırılmışdı. AZAL şirkətinə məxsus təyyarə saat 07:00-da Heydər Əliyev adına hava limanına eniş etməli idi.

Qeyd edək ki, “Qarabağ” “Vorskla” üzərində 1:0 qələbə qazanaraq ilk xalını qazanıb və ilk qolunu vurub. Bu matç şaxtalı hava şəraitində keçib.

Səbuhi MUSAYEV
www.oxu.az