Yağışlı hava Bakıda qəzalara səbəb oldu

Yağışlı hava Bakıda qəzalara səbəb oldu
11:10 08-11-2018 | icon 46

Yağışlı hava şəraiti ilə əlaqədar gecə saatlarında paytaxt ərazisində üç yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə milletinsesi.info-a Bakı şəhər DYP-nin sözçüsü, polkovnik Vaqif Əsədov məlumat verib.

O bildirib ki, sürücülər kəskin hava şəraitini nəzərə alaraq, sürəti artırdıqları üçün qəzalar qeydə alınıb:

“Paytaxtın müxtəlif istiqamətlərində maddi zərərlə nəticələnən üç yol nəqliyyat hadisəsi baş verib: iki nəqliyyat vasitəsinin toqquşması və bir də avtomobilin yüksək sürət səbəbindən yol kənarındakı manelərə çırpılması. Qəza nəticəsində ölüm faktı qeydə alınmayıb”.

Könül Cəfərli