Bakıda Yıldız parıldadı – FOTO/VİDEO

Bakıda Yıldız parıldadı – FOTO/VİDEO
01:40 14-10-2018 | icon 40

Türkiyəli müğənni Yıldız Tilbeninin Bakı Konqres Mərkəzində konserti baş tutub.

milletinsesi.info xəbər verir ki, müğənni səhnədə canlı ifaları ilə tamaşaçıları sevindirib.

Öz hitləri ilə yanaşı Azərbaycan mahnıları da söyləyən Yıldız izləyicilərin alqışları ilə qarşılanıb.

Sənətçi səhnədə zarafatlarından da geri qalmayıb. Azərbaycanı çox sevdiyini dilə gətirən Tilbe bildirib ki, bacısının həyat yoldaşı azərbaycanlı olub:

“Bizim qudalarımız azərbaycanlı idi deyə, sizin xəngəl və kətənizdən xəbərim var. Kətəni sizin kimi heç kim dadlı bişirə bilmir. O sizin xüsusi damaq zövqünüz və mədəniyyətinizdir. İlk dəfədir ki, Bakıya gəlirəm, buranı və insanlarını çox sevirəm”.

Səhnəyə ağ parıltılı libasla çıxan Tilbe geyimini qızılı ayaqqabı ilə tamamlayıb. Onun narahat olmamaq üçün ayaqqabısına salfet qoyması gözdən yayınmayıb.

Tamaşaçıları ilə bol şəkil çəkdirən müğənni çılğın rəqsləri ilə gecəyə damğa vurub.


Pərviz Hüseyn
FOTO: Ramil Zeynalov