“Huawei” süni intellekt üçün 200 milyon ayırdı

“Huawei” süni intellekt üçün 200 milyon ayırdı
22:15 13-10-2018 | icon 29

“Huawei Technologies” şirkəti süni intellektin inkişafı proqramına 200 milyon dollar ayırıb.

milletinsesi.info xəbər verir ki, bunu “Huawei Connect” konfransında şirkətin vitse-prezidenti Çjen Elay deyib.

Qeyd olunan məbləğ yaxın 3 il ərzindəki xərcləri ödəyəcək. Maliyyə yalnız elmi fəaliyyət üçün deyil, həmçinin mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulub.

Gələcəkdə “Huawei Technologies” alim və mütəxəssislər üçün bir neçə məşğələ mərkəzi istifadəyə vermək niyyətindədir. Həmçinin şirkət sözügedən mövzu üzrə pulsuz kurslar təşkil edəcək.