NYT: Trampın kürəkəni illər boyu vergidən yayınıb

NYT: Trampın kürəkəni illər boyu vergidən yayınıb
20:30 13-10-2018 | icon 25

İş adamı və ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner böyük ehtimalla 2009-cu ildən 2016-cı ilə qədər federal vergilərdən yayınıb.

milletinsesi.info xəbər verir ki, bu barədə “The New York Times” qəzeti sərəncamında olan məxfi sənədlərə istinadla yazıb.

Nəşr qeyd edib ki, Kuşnerin varidatı 324 milyon dollar təşkil edir, lakin o, praktiki olaraq federal vergi ödəməyib.

Qəzetin yazdığına əsasən, Kuşner uzun illər amortizasiya ödəmələrini nəzərdə tutan sxemdən istifadə edib. Bu sxem inandırıcı vergi hesabatları tərtib etməyə imkan verib, lakin faktiki olaraq Kuşner və onunla əlaqəli şirkətlər vergi ödəməyib.