Reper 50 Cent Həbibə 2 milyon dollar təklif etdi

Reper 50 Cent Həbibə 2 milyon dollar təklif etdi
17:25 13-10-2018 | icon 18

Amerikalı reper 50 Cent (Kertis Cekson) rusiyalı idmançı Həbib Nurməhəmmədova UFC-dən “Bellator”a keçməyə təklif edib. 

milletinsesi.info xəbər verir ki, bunun müqabilində reper rusiyalı idmançıya 2 milyon dollar ödəməyə hazırdır. 

“Düşünürəm ki, UFC Konor Makqrerora qarşı etmədiyini Həbibə qarşı edir. UFC rəhbərliyi Həbibə qonorar ödəməməklə düzgün etmir”, - deyə o vurğulayıb.