Kanada baş naziri Qarabağ münaqişəsindən danışdı

Kanada baş naziri Qarabağ münaqişəsindən danışdı
14:45 13-10-2018 | icon 28

Kanada Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanacağına ümid edir. 

milletinsesi.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Kanada baş naziri Castin Trüdo Ermənistan baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə deyib. 

O, problemin bütün tərəfləri qane edəcək sülh yolu ilə həll ediləcəyinə ümidvar olduğunu bildirib. Nazir ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesini davam etdirməyə çağırıb. 

Kanada baş naziri region xalqlarının rifahı naminə danışıqların aparılmasının, Minsk prosesinin davam etdirilməsinin vacibliyini vurğulayıb.