Qara dənizdə azərbaycanlıların olduğu teploxod batdı

Qara dənizdə azərbaycanlıların olduğu teploxod batdı
21:45 13-10-2018 | icon 42

 

Qara dənizdə Panama bayrağı ilə üzən teploxod batıb. 

milletinsesi.info xəbər verir ki, bununla bağlı “Rosmorreçflote” məlumat yayıb. 

“Teploxodun batması zamanı göyərtədə olan səkkiz nəfər xilas edilib. Hazırda onlar Novorossiya limanına gətirilir”, - məlumatda bildirilib. 

Qeyd edilib ki, xilas edilən ekipaj üzvlərindən altısı azərbaycanlı, ikisi türkdür. Onlar özünü yaxşı hiss edir.