Azad edilmiş keşiş Trampla görüşəcək

Azad edilmiş keşiş Trampla görüşəcək
13:15 13-10-2018 | icon 18

Keşiş Edryu Branson oktyabrın 13-də ABŞ prezidenti Donald Trampla görüşəcək. 

milletinsesi.info Vesti.ru-ya istinadla xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Tramp bildirib ki, keşiş yaxşı vəziyyətdədir və tam yoxlanılması üçün Almaniyadadır. 

O, Almaniyaya xüsusi reyslə gətirilib, daha sonra isə buradan Vaşinqtona gedəcək. 

Branson işi ABŞ və Türkiyə arasında münasibətləri gərginləşdirmişdi. Keşiş 2016-cı ildə terrorçuluq ittihamı ilə Türkiyədə həbs olunmuşdu. Buna cavab olaraq, ABŞ hökuməti türkiyəli nazirlər Əbdülhəmid Gül və Süleyman Soyluya qarşı sanksiyalar tətbiq etmişdi. 

milletinsesi.info yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar